Şriftin ölçüsü :

Saytın rəngi :

5 mart “Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə şəhərin idman ictimaiyyətinin nümayəndələri mükafatlandırıldı.

05 mart 2021 | 16:00

5 Mart “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə Şirvan Şəhər Gənclər və İdman İdarəsi, Şirvan Şəhər Uşaq Gənclər İdman Məktəbi, Təhsil RİM Şirvan Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdən öncə “Vətən müharibəsi”ndə arxa cəbhədə fəal iştirak etmiş şəhərin idman ictimaiyyətinin nümayəndələrinin, məşqçi-müəllimlər və idmançıların iştirakı ilə xüsusi karantin rejiminin qaydalarına riayət etməklə Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanını ziyarət edilmiş, abidə önünə və şəhidlərin məzarına gül dəstələri düzülmüşdür.
   Daha sonra məşqçi-müəllimlər və idmançılar Şirvan Şəhər Gənclər və İdman idarəsinə dəvət olunaraq diplomlarla mükafatlandırılıblar.

Keçidlər