Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Yel çərşənbəsidir.

09 mart 2021 | 16:00

Xalq arasında “Külәk oyadan çәrşәnbә”, “Külәkli çәrşәnbә” kimi tanınan Yel çәrşәnbәsi ilaxır çәrşәnbәlәrin üçüncüsüdür. Müasir zamanımızda isә Yel çәrşәnbәsi xalqın arasında Külәk çәrşәnbәsi kimi dә çağrılır.
    Boz ay bu çərşənbə ilə təslimiyyatın astanasına qədəm qoyur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Baharın gәlişi ilә havaların dәyişmәsi, durmadan hәzin külәklәrin vә mehlәrin olması insan alәmindә dә müxatәlif dәyişikliklәrә yol açır.
   Yel çәrşәnbәsindә әsәn külәklәr bir gün әrzindә bir neçә dәfә istiqamәtini dәyişir. Hәtta külәklәrin durmadan isti vә soyuq olmasına da rast gәlmәk mümkündür. Bu da әvvәlki çәrşәnbә olan Od çәrşәnbәsindә qeyd etdiyimiz Boz ayla әlaqәdar olaraq formalaşır. Bu çәrşәnbә dә digәrlәrindә olduğu kimi hamının qapısında, hәyәtindә tonqallar qalanır. Eyni ilә digәr çәrşәnbәlәrdә olduğu kimi yenә insanlar bu tonqalların üzәrindәn tullanırlar.

Keçidlər