“Könüllü qonaq” layihəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan etməsi ilə əlaqədar respublikamızın bir sıra rayonlarında başlanılan “Könüllü qonaq” təşəbbüsü 2021-ci ildə də Şirvan şəhər gəncləri tərəfindən uğurla davam etdirilir. Belə ki, Şirvan Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Şirvan Gənclər Evinin və Şirvan Şəhər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı əsasında könüllülər xüsusi qayğıya ehtiyacı olan və tənha yaşayan Bayramlı qəsəbəsi, Sabir küçəsi ev 11 ünvanında yaşayan Savadxanım Məlikovaya, C.Cabbarlı 11 ünvanında yaşayan Nərgiz Mirzəyevaya və M.Aydınov küçəsi 17/33 ünvanında yaşayan Vilayət Axundova yaşadıqları evdə baş çəkmişlər. Gənclər tərəfindən evlərdə və həyətyanı sahələrdə təmizlik və abadlıq işləri görülmüş, səliqə-səhman yaradılmış, çərşənbə süfrəsi təşkil edilmişdir.
Gənclərin təşəbbüsü ev sahibləri tərəfindən sevinclə qarşılanmış və onlar könüllülərə öz təşəkkürlərini bildirmişlər.