Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda vaksinasiya kampaniyası uğurla həyata keçirilir.

09 mart 2021 | 16:00

Koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə respublikamızın bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də əhalinin  peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
   Artıq əhalinin vaksinasiya olunmasında operativliyin təmin edilməsi məqsədilə şəhərin bir sıra ərazilərində səyyar məntəqələr yaradılıb. Xəstəxanaya gəlmək imkanı olmayan vətəndaşlara səyyar xidmət göstərilir.
   Bu günə kimi Şirvan şəhəri üzrə ümumilikdə 4318 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub ki, onlardan 1232 nəfəri 65 yaşdan yuxarı, 2295 nəfəri 50-65 yaş arası və 791 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
   Vaksinasiya növbəti mərhələlərdə əhalinin digər qruplarını əhatə edəcək.
   Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Mətbuat xidməti

Keçidlər