Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində koronavirusla mübarizə məqsədilə mütəmadi reydlər keçirilir.

09 mart 2021 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir.
   Şirvan şəhər İcra Hakimiyyəti başçısı yayında yaradılmış Operativ Qərərgah tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq yoluxma riskinin azaldılması və xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış 35 mobil qrup üzvləri tərəfindən şəhər ərazisində və qəsəbələrdə izahetmə-xəbərdarlıq işləri həyata keçirilir. Mütəmadi olaraq əhalinin sıx olduğu məkanlarda, eləcə də ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılır.
   Növbəti reyd zamanı gün ərzində ümumilikdə 222 olmaqla, 136 ticarət, 27 gözəllik salonu və bərbərxana, 25 digər xidmət obyektlərinə nəzarət edilib. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 418 nəfər sakinə xəbərdarlıq olunub.
   Vətəndaşlara izah olunub ki, sərtləşdirilmiş karantin rejiminin tətbiqi, qaydalara əməl etməklə ölkə üzrə yoluxma sayının azalmasına nail olunub. Ona görə də virusa qarşı kollektiv immunitet formalaşana qədər qaydalara əməl etməli, özümüzü və yaxınlarımızı qorumalıyıq.
   Qeyd edək ki, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

   Mətbuat xidməti

Keçidlər