Şirvanda ötən ilin yekunları müzakirə edilib
Şirvanda ötən ilin yekunları müzakirə edilib. Şəhər rəhbərliyi, eləcə də qonaqlar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra hazırlanan sərgiyə baxış olub. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov müşavirdə çıxış edərək bildirib ki, 2011-ci ildə Şirvan şəhəri üzrə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin həcmi 2010-cu ilə nisbətən faktiki qiymətlərlə 22,7 faiz artaraq 366.2 milyon manat təşkil edib. Sənaye sahələrində 304,5 milyon manat həcmində məhsul istehsal edilib. Bu da 2010-cu illə müqayisədə 70,5 milyon manat çoxdur. Sənaye sahələrində istehsal olunan məhsulun 30 faizi dövlət, 70 faizi qeyri-dövlət müəssisələrində istehsal olunub.
2011-ci ildə tikinti işlərinin həcmi 16,7 milyon manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur. Əhalinin şəxsi vəsaiti hesabına görülən tikinti işlərinin həcmi 3 milyon manat təşkil edib. İstifadəyə verilmiş fərdi yaşayış evlərinin ümumi sahəsi təxminən 40 min kv.m-dir. İstifadəyə verilmiş əsas fondların dəyəri 7,9 milyon manat təşkil edib ki, onun da 3,8 milyon manatı (48%) istehsal təyinatlıdır.
2011-ci ildə şəhərin yerli gəlirlərinin proqnozu 7 milyon 980 min manata qarşı, 10 milyon 473 min manat və ya 131,2 % yerinə yetirilib. Yəni proqnozda nəzərdə tutulduğundan 2 milyon 493 min manat artıq vəsait daxil olub. Yerli xərclərin 2011-ci ildə faktiki icrası 2010-cu illə müqayisədə 8 % çox olub.
Şəhər üzrə pərakəndə əmtəə dövriyyəsi 123,4 milyon manat təşkil etmiş, bu da əvvəlki illə müqayisədə 91,8 milyon manat çoxdur. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 2010-cu ildə 227 manat təşkil etdiyi halda, 2011-ci ildə 45% artaraq 330 manat olub. Tikinti quruculuq işlərindən danışan icra başçısı qeyd edib ki, 2011-ci ildə məhəllədaxili yollara 16 kilometrdən artıq asfalt-örtük salınıb. Hacıqabul-Şirvan avtomobil yolunun Şirvan şəhər ərazisindən keçən 6-11 km-liyində - Heydər Əliyev prospektində 5,6 km. məsafədə asfalt-beton örtük əsaslı təmir olunub. Hesabat ilində şəhərin 30 küçəsində, Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrində ümumilikdə 16,12 kilometr uzunluğunda sahəyə asfalt-beton örtük qoyulub. İ.Qayıbov və Mehmandarov küçələrində cari təmir işləri görülüb.
2011-ci ildə şəhərin küçə və parklarında ümumilikdə 5 min 335 ədəd ağac, 3 min 800 ədəd qızılgül, 18 min 925 ədəd müxtəlif növ mövsümü gül kolları və 1580 m2 qazon ot toxumu əkilib. Yaşayış massivlərində 4 yeni nümunəvi məhəllə salınıb, uşaq əyləncə və idman qurğuları, monolit konstruksiyalı günlük və oturacaqlar quraşdırılıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Mərasimlərinin keçirilməsi üçün 7 xeyir-şər evi tikilmiş və hər cür ləvazimatlarla təchiz edilib. İctimai yaşayış binalarında 7948 m2 yararsız dam örtüyü sökülərək yenisi ilə əvəz olunub. Şəhidlər xiyabanında 36 məzar təmir edilmiş, sıradan çıxmış 280 m2 tamet yenisi ilə əvəz edilib deyən icra başçısı işlərin davam edəcəyini və əlaqədar təşkilatların daha da məsuliyyətlə çalışmasını bildirib. Yığıncaqda çıxışlar dinlənildikdən sonra Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək Şirvanda 2011-ci ilin yekunlarını müsbət qiymətləndirib və bu ildə daha böyük nailiyyətlər əldə olunacağına ümidvar olduğunu qeyd edib.