“Könüllü qonaq” layihəsi davam etdirilir.
16 mart 2021-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Gənclər və İdman İdarəsinin, Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin və Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, Şirvan Gənclər Evinin və aqrar inkişaf könüllülərinin iştirakı ilə “Torpaq çərşənbəsi” ilə əlaqədar olaraq xüsusi qayğıya ehtiyacı olan və tənha yaşayan Şirvan şəhəri H.Aslanov küçəsi ev 10 ünvanında yaşayan Qafarova Sona Ağasən qızı, Neftçilər küçəsi 10 ünvanında yaşayan Məmmədxanov Yurik Sirac oğlu və Füzuli küçəsi 4/22 ünvanında yaşayan Qurbanova Aliyə Həsənqulu qızı evlərində ziyarət olunmuş, onlara bayram sovqatı təqdim olunmuşdur. Eyni zamanda könüllülər tərəfindən həyətyanı sahədə yazqabağı təmizlik işləri görülmüşdür.
Gənclərin təşəbbüsü ev sahibləri tərəfindən sevinclə qarşılanmış və onlar könüllülərə öz təşəkkürlərini bildirmişlər.