Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlaxır çərşənbədə Şəhidlər xiyabanını ziyarət edib.
Torpaqlarımızın işğaldan azad edilməsi, Vətənimizin bütövlüyü uğrunda şəhid olanların xatirəsi daim əziz tutulur, ailələri yüksək dövlət qayğısı ilə əhatə olunur. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğının davamı olaraq, Şirvan şəhərində də şəhid ailələri ilə müntəzəm görüşlər keçirilir, onların istək və arzuları dinlənilir və həlli istiqamətində müvafiq addımlar atılır.
Bu gün, İlaxır çərşənbə münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri Şirvan şəhər Şəhidlər Xiyabanını ziyarət edib. Öncə birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılmış abidənin önünə tər qərənfillər düzülüb və şəhidlərin ruhuna dualar oxunub.
İlqar Abbasov ziyarətə gələn bütün şəhid valideynlərinə ayrı-ayrılıqda yaxınlaşıb, başsağlığı verib, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyib. Xalqımızın adət və ənənələrinə uyğun olaraq şəhidlərin ailə üzvləri ilə birlikdə onları ehtiramla anıb, xatirələrini yad edib. Şəhid ailələrinin istək və problemləri ilə maraqlanıb, dövlətin hər zaman onların yanında olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə, hərbiçilərimizə borclu olduğumuzu, onların heç vaxt unudulmayacağını bildirib.
Qeyd edək ki, Şirvan Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən yanvar ayında Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa və yenidənqurma işləri aparılıb, Əbədi Məşəl abidə kompleksi təmir olunub, Vətən müharibəsi şəhidlərinin məzarstü abidələri ucaldılıb, şəhərin müxtəlif ərazilərində onların xatirə lövhəsi qoyulub, ailələri mütəmadi olaraq ziyarət olunur. Şəhidlər Xiyabanı müqəddəs şəhidlərimizin uyuduğu qürur yerimizdir!
Allah şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti