Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Rus icmasının Şirvan şəhər şöbəsinin sədrini qəbul edib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Rus icmasının Şirvan şəhər şöbəsinin sədri, xanım Urmantseva Lyubov İvanovnanı qəbul edib. Lyubov İvanovnanı 70 yaşının tamam olması münasibətilə təbrik edərək, ona uzun ömür, cansağlığı və icma sədri kimi fəaliyyətində daha böyük uğurlar və nailiyyətlər arzulayıb. Lyubov İvanovnanın yubileyi və şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanla təltif edildiyini diqqətə çatdıran İlqar Abbasov ona şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanını və qiymətli hədiyyə təqdim edib.
Xanım Urmantseva Lyubov İvanovna ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını və təşəkkürünü ifadə edib. Şəhərin ictimai-siyasi həyatında bundan sonra da fəal iştirak edəcəyinə, şəhərimizdə yaşayan rusların və digər millətlərin dövlət başçısının ətrafında yumruq kimi sıx birləşəcəyinə əminliyini bildirib.
Sonra Şəhər İcra Hakimiyyətinin başçısı və Rus icmasının yerli nümayəndəsi birlikdə xatirə şəkli çəkdiriblər.
Mətbuat xidməti