Şriftin ölçüsü :

Saytın rəngi :

İlaxır çərşənbə münasibətilə Şirvan şəhərində yeni abad məhəllənin açılışı olub.

16 mart 2021 | 16:00

Bu gün Novruzun sonuncu çərəşənbəsı-torpaq çərşənbəsidir. Bu çərşənbə özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması ilə torpağın dirçəlməsinə və əkin-biçinə hazır olmasına işarədir. Xalqımızın Novruz adət-ənənələrinə görə  Axırçərşənbəyə bir neçə gün qalmış evlər, bağlar, həyət-bacalar təmizlənər, səliqə-sahmana salınar.
   Elə milli adət-ənənələrimizə uyğun olaraq, yazın gəlişi münasibətilə Şirvan Şəhər İcra Hakmiyyəti tərəfindən şəhər ərazisində aparılan abadlıq-bərpa və yenidənqurma işləri sürətlənib. Ənənəvi olaraq, Novruz bayramına qədər hər çərşənbə axşamı abadlaşan yeni məhəllələrdən birinin açılışı həyata keçirilib. Artıq geridə qalan Su çərşənbəsində şəhərin Şirin Şükürov küçəsində, Od çərşənbəsində Heydər Əliyev küçəsi 10 və 12 saylı yaşayış binalarının qarşısında,  Yel çərşənbəsində  F.Eynullayev küçəsi 9 saylı yaşayış binasının qarşısında salınan yeni məhəllələrin açılışı olub.
   Bu gün İlaxır çərşənbə münasibətilə daha bir yeni salınmış abad məhəllənin açılış mərasimi keçirilib və sakinlərin istifadəsinə verilib. 28 May 3,4,5 və 7 saylı binaların qarşısında yaradılmış nümunəvi məhəllə Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü və məhəllə sakinlərinin müraciətləri əsasında abadlaşıb. Məhəllədə sakinlərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə 5 ədəd söhbətgah, 10 ədəd müasir oturacaq, 8 ədəd yellənçək, 1 ədəd sürüşkən, 1 ədəd balansir yellənçək, 1 ədəd turnik və paralel qollar quraşdırılıb, 10 ədəd zibilqabı qoyulub. Əraziyə 1352 kv m tamet tava döşənib, 1777 m bordyur düzülüb, parkətrafı əraziyə 1552 kv m asfalt-beton örtük vurulub, ağacların əkilməsi üçün əraziyə münbit torpaq qatı verilib. Uşaq-əyləncə qurğularının ətrafına ekoloji cəhətdən təmiz və uşaqların təhlükəsizliyi məqsədilə 204 kv m rəngarəng süni örtük düzülüb.
   Açılışda şəhər İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məhəllə sakinlərini İlaxır çərşənbə və yeni məhəllənin açılışı münasibətilə təbrik edib və xoş arzularını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin hər bir şəhər sakinində iftixar hissi doğurduğunu vurğulayan İlqar Abbasov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyib. Şəhər sakinləri adından dövlət başçısı İlham Əliyevi və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanı da təbrik edən İlqar Abbasov koronavirus pandemiyasına qarşı mübarizədə ölkə rəhbərliyinin vaxtında atdığı düzgün addımlar nəticəsində xalqımızın bu bəladan az itkilərlə xilas omasını digər dünya ölkələri üçün nümunə olduğunu vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsindən sonra cənab Prezidentin işğaldan azad edilmiş bölgələrə müntəzəm səfərləri zamanı erməni vandallarının tarixi abidələrimizə və yaşayış məskənlərimizə vurduğu ziyanı dünya ölkələrinə göstərməklə yanaşı, eyni zamanda həmin ərazilərin qısa müddətdə bərpası, yenidən qurulması, abadlaşması barədə tapşırıq və tövsiyələri yeni bir başlanğıca stimul verir. Həmin ərazilərdə dünyanın müxtəlif ölkələrində reallaşan və məqsədi sakinlərin həyatını yüngülləşdirmək və yaşayış səviyyəsini yüksəltmək olan “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin ilkin hazırlıq işlərinə start verilib. Bütün bunlar ölkəmizin mədəni, iqtisadi inkişafına töhfədir. Şirvan şəhərində belə nümunəvi məhələlərin digər binaların qarşısında da yaradılması, Şirvanın təmiz və səliqəli şəhərlər sırasında öncül olması üçün müvafiq tədbirlərin davam etdiriləcəyini vurğulayıb. Sakinlərə ailələri ilə birlikdə məhəllədə xoş istirahətlər və sevinc dolu günlər arzulayıb.
   İlqar Abbasov məhəllə sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemlərlə tanış olub və həll olunması üçün aidiyyəti üzrə müvafiq göstərişlərini verib. 28 May küçəsi 4 saylı binada yaşayan Bağırova Dürrə övladı 1-ci qrup əlil Azayeva Günel Sadiq qızının İcra Hakimiyyətinin başçısı ilə görüşmək istədiyini bidirib. İlqar Abbasov Günelin azusunu həyata keçirmək üçün bir qrup məsul şəxslərlə birlikdə əlil sakini evində ziyarət edib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı bina sakinləri və könüllü gənclərlə birlikdə məhəllədə ağacəkmə aksiyasında iştirak edib.
   Sakinlər göstərilən diqqət və qayğıya, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən zəruri tədbirlərə, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Mətbuat xidməti

Keçidlər