Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə şəhidlərin xatirəsi anılır.
Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən, Zəfər yürüşündə iştirak edib, torpaqlarımızın işğaldan azad olunmasında fədakarlıq nümunələri göstərən Vətən müharibəsi Şəhidləri ilə yanaşı I-ci Qarabağ müharibəsində həlak olan Şəhidlərin də əziz xatirəsi Şirvan şəhərində də anılır.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə bu gün I-ci Qarabağ müharibəsi şəhidləri Quliyev Rəhim Ələddin oğlunun, Qədirov Mirzaxan Rza oğlunun, Məmmədov Azər Vahid oğlunun, Səfərov Vüqar Bilman oğlunun, Səmədov Aqşin İnqilab oğlunun, Səmədov Çingiz Ağasəlim oğlunun, Əhmədov İmanqulu Soltan oğlunun, Cəfərov Rövşən Səfərağa oğlunun və İbrahimov Əmrulla Ruhulla oğlunun ailə üzvləri də torpaq çərşənbəsi və Novruz bayramı ilə əlaqədar ziyarət edildi.
Ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad olundu, ruhlarına dualar edildi.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti şəhidlərin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Şəhid ailələri Şirvanda şəhidlərin böyük əksəriyətinin “Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasimlərində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyini qeyd etdilər. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qəbirüstü abidələrinin ucaldılmasına və aparılan digər abadlıq, quruculuq işlərinə, şəhid ailələrinə göstərilən təşkilati, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Mətbuat xidməti