Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar İcra Hakimiyyəti Başçısının geniş tərkibli şura iclası keçirildi.

17 fevral 2015 | 16:00

17.02.2015-ci il tarixdə saat 11.00-da İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda söylədiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələr və həmin dövrdə Şirvan şəhərinin ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar İcra Hakimiyyəti Başçısının geniş tərkibli şura iclası keçirildi. Şura iclasında Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şura üzvləri, hüquq mühafizə orqan rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri və 300 nəfər iştirak etdi.

Keçidlər