Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində karantin qaydalarına əməl edilməsinə mütəmadi nəzarət olunur.

18 mart 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən mobil qruplar xüsusi karantin qaydalarına riayət edilməsinə nəzarət məqsədilə mütəmadi reydlər keçirir. Reydlər zamanı (COVİD-19) infeksiyasının şəhər ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərar və tapşırıqlara ciddi əməl olunmasının vacibliyi xatırladılır, sahibkarlar və sakinlər arasında xüsusi karantin rejimi qaydaları ilə bağlı maarifləndirmə aparılır.
   17 mart 2021-ci il tarixində keçirilən növbəti reyd zamanı ümumilikdə 244 olmaqla, 147 ticarət, 34 ictimai iaşə, 29 gözəllik salonu və bərbərxana, 33 digər xidmət obyektlərinə nəzarət edilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 482 nəfər vətəndaşa xəbərdarlıq, 4 nəfər cərimə olunmuşdur.
   Reyd zamanı ictimai iaşə və ticarət obyektlərində işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, binaların mütəmadi dezinfeksiya edilib-edilməməsi yoxlanılıb. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.
   Qeyd edək ki, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək davam edəcək.     

   Mətbuat xidməti

Keçidlər