Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İslamov Bəxtiyar Saleh oğlunun xatirəsi anıldı.

18 mart 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən Zəfər yürüşündə iştirak edib torpaqlarımızı işğaldan azad edənlərdən biri də xüsusi təyinatlı leytenant İslamov Bəxtiyar Saleh oğlu olmuşdur.
   İslamov Bəxtiyar Saleh oğlu 1997-ci ildə Şirvan şəhərində anadan olub. 4 nömrəli tam orta məktəbdə oxuyub. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə, 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olub. Ali Hərbi məktəbi uğurla bitirdikdən sonra leytenant Bəxtiyar İslamov  N saylı hərbi hissədə xidmətini davam etdirib. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Füzuli, Cəbrəyıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşdə yaralanmış bir neçə əsgər və zabitin həyatını xilas etsə də özü şəhidlik zirvəsinə yüksəlib. 12 oktyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, döyüş yoldaşları, yaxınları iştirak edib.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təçkilatçılığı ilə bu gün Vətən müharibəsi şəhidi İslamov Bəxtiyar Saleh oğlunun ailəsi ziyarət edildi. Ziyarət zamanı şəhid leytenant İslamov Bəxtiyar Saleh oğlunun əziz xatirəsi yad olundu, ruhuna dualar edildi. Ziyarət zamanı qeyd edildi ki, Azərbaycan Respublikasının prezidenti  Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci-vitse prezident, çox hötmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir. Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə həssaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
   Şəhidin atası Saleh kişi oğlu şəhid Bəxtiyar İslamovun keçdiyi döyüş yolundan, hərbi xidmət zamanı göstərdiyi qəhramanlıqlardan, komandirinin və döyüş yoldaşlarının onun haqqında söylədikləri xoş xatirələrdən danışdı. Bildirdi ki, Bəxtiyar öz ailəsinə, qonşularına, döyüş yoldaşlarına qarşı çox həssas olub. Füzuli, Cəbrəyıl və Hadrut uğrunda gedən döyüşlərdə qəhramanlıq nümunələri göstərib, yaralı döyüş yoldaşlarının həyatını xilas edib. Özü isə ən yüksək məqama - şəhidlik zirvəsinə ucalıb. Onun Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrəyılın azad olunmasına görə” medallarına layiq görüldüyünü, Şirvanda, ”Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasiminin böyük izdihamla keçirildiyini qeyd etdi. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq və yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qəbirüstü abidələrinin ucaldılmasına və aparılan digər abadlıq, quruculuq işlərinə, şəhid ailələrinə göstərilən təşkilati, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını və təşəkkürünü bildirdi.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    Mətbuat xidməti

Keçidlər