Şirvan şəhərində bir qrup ailəyə bayram sovqatları paylanıb.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Şirvan şəhərində yaşayan bir qrup aztəminatlı ailəyə ərzaq sovqatları paylanılıb.
Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən xüsusi yardıma və qayğıya ehtiyacı olan 50 ailəyə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 20 Vətən müharibəsi şəhidinin ailəsinə təqdim edilib. Sovqat alan ailələr aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıq və təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, hər iki təşkilat öz fəaliyyətlərində dövlətin sosial-iqtisadi inkişafa istiqamətlənən proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirmiş, koronavirus pandemiyası və Vətən müharibəsi dövründə daim xalqımızın yanında olmuş, milli həmrəylik nümayiş etdirmiş, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə və onların ailələrinə diqqət və qayğı göstərilməsini başlıca istiqamətə çevirmişdir.
Mətbuat xidməti