Bayram günlərində özümüzü və yaxınlarımızı virusdan qoruyaq!
Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən vaxtında atlan addımlar nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alındı, xalqımız bu bəladan az itkilərlə xilas olmağı bacardı. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər gördü. Yeni laboratoriyaların ölkəyə gətirilməsi eyni vaxtda daha çox insanın testən keçməsinə imkan verdi. Modul tipli xəstəxanaların yaradılması insanların vaxtında xəstəxanaya yerləşdirilməsi, müalicə olunması və bu müddətdə yaxınlarından təcrid olunmasına şərait yaratdı.
Görülmüş işlər sayəsində pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsi beynəlxalq arenada yeni siyasi termin kimi gündəmə daxil oldu. Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli”ni nümunə kimi təqdim etdi.
Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verdi. Beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olan Azərbaycan, həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr etdi.
Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Ölkəmiz COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə vaksinlərin ölkəmizə gətirilməsi təmin edilir. Yanvarın 18-dən ölkəmizdə vaksinasiya kampaniyaına başlanmışdır. Artıq Şirvan şəhərində də ardıcıllığa uyğun olaraq, tibb işçilərinin, risk qrupuna daxil oanların, yaşı 65-dən və 50-dən yuxarı sakinlərimizin böyük əksəriyyəti vaksin olunublar.
Dövlət səviyyəsində görülən işlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdyi qərar və tövsiyələrə əməl olunması, xüsusilə vətəndaş məsuliyyəti pandemiyanın yayılma arialını məhdudlaşdırmağa kömək edə bilər. Vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət etməklə, dezinfeksiyaedici maddələrdən və fərdi qoruyucu vasitələrdən istifadə etməklə və sosial məsafəni gözləməklə özlərini və yaxınlarını yoluxmadan qoruya bilərlər.
Son günlər koronavirus infeksiyasına yoluxma sayının artması və dünyada daha yoluxucu olan Britaniya ştammının yayılması ilə əlaqədar vətəndaşlarımızdan özlərini qorumağı, xüsulə bayram günlərində məhdudlaşmaya əməl etmələri tövsiyə olunur. Çünki yoluxma sayınına artması Operativ Qərargahı sərtləşdirilmiş karantin rejiminə keçməyə məcbur edə bilər.
Əziz sakinlər, Novruz xalqımızın əsrlər boyu qeyd etdiyi milli bayramdır. Adət-ənənəyə uyğun olaraq bu əziz günlərdə yaxın qohumların, yaşlı insanların ziyarət olunmasının bu il təxirə salınması özümüzün və əzizlərimizin sağlamlığı baxımından məqsədəuyğundur. Novruz birlik və həmrəylik bayramı olsa da, gəlin birliyimizi infeksiyaya qalib gəlməklə həyata keçirək.
Mətbuat xidməti