Şriftin ölçüsü :

Saytın rəngi :

Yaralıların müalicəsi davam edir

29 mart 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-sindən başlanan Vətən müharibəsində Şirvan şəhərinin qəhrəman oğulları da şücaət göstərmiş, bir qismi şəhidlik məqamına yüksəlmiş, bəziləri qazi olmuşlar. Onların bir coxu müalicə olunaraq sağlamlıqlarına qovuşublar. Yaralıların bir neçəsinin müalicəsi Şirvan Mərkəzi Xəstəxanasında davam etdirilir.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan Mərkəzi Xəstəxanasında müalicələri davam edən yaralılara baş çəkib. İcra Hakimiyyətinin başçısı yaralılar-Həsənov Nicat, Həsənov Anar, Əliyev Hüseyn, Avşarov Kamran, İsgəndərov Xalid, Dadaşov Fuadla görüşüb, Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda göstərdikləri şücaətə görə onlara təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində 30 illik işğala son qoyulması və Tarixi Qələbə münasibətilə bir daha onları təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfa diləyib. Qeyd edib ki, canları, qanları bahasına vuruşan, bizə bu qüruru və sevinci yaşadan Şanlı Ordumuzun bütün əsgər və zabitləri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib, onların böyük əksəriyyəti orden və medallarla təltif edilib, sosial problemlərinin həlli istiqamətində qısa müddətdə bir çox sərəncamlar imzalanıb. Şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı, Heydər Əliyev Fondunun və Yaşat Fondunun fəaliyyəti bunun bariz nümunəsidir.  İlqar Abbasov Yerli icra hakimiyyətləri haqqında Əsasnamədə edilən yeni dəyişikliyə əsasən, bütün icra hakimyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının, şöbə müdirinin və baş məsləhətçinin də qazilərin arasından seçilməsinin onlara göstərilən həssas münasibətin təzahürü olduğunu vurğulayıb. Qeyd edib ki, Şirvan Şəhər İcra Hakimiyyəti də öz növbəsində Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə həssaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
   Yaralılar ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya şəhid ailərinə və qazilərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bidirib və tibbi xidmətdən razılıqlarını ifadə ediblər. Onları narahat edən bəzi sosial problemlərin həlli ilə bağlı şəhər rəhbərliyinin köməklik göstərməsi xahiş olunub. İlqar Abbasov qeyd olunan problemlərin aidiyyəti üzrə həlli istiqamətində köməklik göstəriləcəyini bildirilib və onların tezliklə sağlamlıqlarına qovuşmasını arzulayıb.

   Mətbuat xidməti

Keçidlər