2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat
Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Erməni qəsbkarları 200 ildən artıq bir zaman kəsiyində yüz minlərlə dinc azərbaycanlını soyqırımına məruz qoymuş, yaşadıqları yerlərdən qovmuş, onlara işgəncələr vermiş, yüzlərlə yaşayış məntəqəsini dağıdıb yerlə-yeksan etmişlər. 1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələrini dağıtmış, dinc əhali amansızcasına qətlə yetirilmiş, Başlıbel, Ağdaban, Baqanis-Ayrım kəndlərində, Xocalıda insanlığa sığmayan vəhşiliklər törətmişlər. Bütün bunlar erməni faşizminin əsl simasını göstərir. 2020-ci il sentyabrında 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistan hərbi-siyasi rəhbərliyinin əmri ilə erməni silahlı birləşmələri Azərbaycan ordusunun cəhbə zonasında yerləşən mövqeylərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri, cəhbə xəttindən 100 km-lə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombolarla, klaster silahla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı. Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci dünya müharibəsi dövründə almanların dağıtdığı Stalinqrad şəhərinə bənzəyirdi. Erməni silahlı qüvvələrinin bu vandalliqları Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordsunun əks tədbirlər görməyə vadar etdi. Sentyabrın 27-də Azərbaycan Ordusu “Dəmir Yumruq” əməliyyatına başladı. 28 sentyabr saat 00:00 dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. Azərbaycan ordusunun “ Dəmir Yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər istiqamətində, Murovdağda strateji məntəqələr azad edildi. Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Hərbi əməliyyatlar zamanı Qarabağla bağlı danışıqlar davam etdirildi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Azərbaycan Ordusunun gücü, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi nəticəsində təcavüzkar ermənilərdən torpaqlarımız təmizlədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında uduzdu və kaputilyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Qarabağ müharibəsi Dünya azərbaycanlılarının birliyini bir daha nümayış etdirdi. Dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlilar, Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kompaniyalara qarşı fədakarlıq göstərdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik sosial, dini baxımdan bütövlük nümayiş etdirdi. Ön və arxa cəhbədə mükəmməl birlik yarandı. Ölkə Prezidenti cənab İlham Əliyev Ermənistanın Azərbycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimayətini məlumatlandırdı. Azərbaycan dövləti hərb meydanı ilə yanaşı diplomatik və ideoloji cəhbədə də mübarizə apardı. Azərbaycan növbəti dəfə hücüma məruz qalsa da çoxsaylı ölkələr və təşkilatlar münaqişəni kəskin şəkildə qınamış və dinc əhalini hədəfə alan Ermənistana sərt reaksiya vermək, işğala son qoyma çağırışı etmək əvəzinə hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırırdı. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qani və canı bahasına azad olundu. Neçə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında 27 Sentyabr Anım Günü təsis edildi. Bu Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın bir əlamətidir. Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücayətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Alıyev Aydın
Şirvan şəhər 12 nömrəli tam orta məktəbin direktor əvəzi