Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir.

30 mart 2021 | 16:00

Ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayının artması bu sahədə aparılan profilaktik tədbirləri gücləndirib. Qeyd edıək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 mart tarixli qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.
   Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə Şirvan şəhəri ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən reydlər intensivləşib. Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmələri barədə lazımi tövsiyyələr verilib.
   29 mart 2021-ci il tarixində keçirilən növbəti reyddə  ümumilikdə 240 olmaqla, 36 ictimai iaşə, 143 ticarət, 29 bərbərxana və gözəllik salonu, 31 digər xidmət obyektlərinə nəzarət edilib. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarına riayət edilməsi üçün 462 vətəndaşa xəbərdarlıq olunub. Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyən ictimai-iaşə və ticarət obyektlərinin sahibləri, vətəndaşlar barəsində inzibati qaydada təbirlər görülüb.
   Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və infeksiyanın yayılması əleyhinə profilaktik tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
  
   Mətbuat xidməti

Keçidlər