Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci il ərzində Şirvan şəhərində yeni yaradılmış iş yerləri haqqında

16 mart 2023 | 09:36

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan şəhərində yeni iş yerlərinin açılması  diqqət mərkəzində olub və icrası istiqamətində  əməli işlər görülüb. 2003-cü ilin 4-cü rübündən 1 yanvar 2023-cü il tarixə kimi 19313 vahidi və ya 87,6 faizi daimi olmaqla, ümumilikdə 22040 yeni iş yerləri açılıb. Açılmış yeni daimi iş yerlərinin 55,6 faizi hüquqi şəxslərdə, 44,4 faizi isə fiziki şəxslərdə (fərdi sahibkarlıq subyektlərində) yaradılıb. 2019-2023-cü illərdə regionların sosial iqtisadi inkişafına istiqamətlənmiş 4-cü Dövlət Proqramının icrasını əhatə edən 01 yanvar 2019-cu il tarixdən 01 yanvar 2023-cü il tarixə qədər olan dövr ərzində Şirvan şəhərində ümumilikdə 3358 vahid daimi iş yerləri yaradılıb ki, bu da şəhər üzrə indiyə kimi açılmış ümumi daimi iş yerlərinin 17,4 faizini təşkil edir. 2022-ci il ərzində Şirvan şəhərində hamısı daimi iş yerləri olmaqla 746 vahid yeni iş yerləri açılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə və ya 309 vahid çoxdur. Bu dövrdə yaradılmış daimi yeni iş yerlərinin 81 vahidi  və ya 10,9 faizi dövlət, 665 vahidi və ya 89,1 faizi isə qeyri-dövlət sektorunda açılıb. Açılmış yeni daimi iş yerlərinin hamısı və ya 100 faizi hüquqi şəxslərdə yaradılmışdır. Daimi iş yerlərindən 105 vahidi və ya 14,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 622 vahidi və ya 83,4 faizi mövcud müəssisə və təşkilatlarda, 19 vahidi və ya 2,5 faizi isə fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda yaradılıb. 2022-ci il ərzində şəhər üzrə 619 nəfər fiziki şəxs fərdi sahibkar kimi qeydiyyatdan keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61 vahid və ya 10,9 faiz çoxdur. 2022-ci il ərzində Şirvan şəhərində 36 yeni müəssisə (hüquqi şəxs) yaradılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 vahid və ya 33,3 faiz çoxdur. Bu dövrdə yaradılmış yeni müəssisələrin 1 vahidi və ya 2,8 faizi dövlət, 35 vahidi və ya 97,2 faizi isə qeyri-dövlət sektoruna aiddir. 2023-cü ilin 01 yanvar  tarixinə Şirvan şəhəri üzrə 9687 nəfər əmək pensiyası, 8351 nəfər sosial müvinət və təqaüd alan, 820 nəfər (3455 nəfər ailə üzvü) olmaqla ünvanlı dövlət sosial yardım alanlar olub. Şirvan şəhər əhalisindən ümumilikdə ailə üzvləri nəzərə alınmaqla, 75 min nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiya, sosial müavinət, sosial yardım və digər sosial ödənişlərlə əhatə olunur. 

 

Mətbuat Xidməti

Keçidlər