Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri gücləndirilib.

01 aprel 2021 | 16:00

Son günlər ölkə üzrə “COVID-19” infeksiyasına yoluxanların sayında yenidən artım müşahidə olunur. Yoluxma ilə bağlı vəziyyətin dəyişməsinin əsas səbəbi yumşalmalardan sonra vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, gigiyena qaydalarına yetərincə riayət olunmaması və sosial məsafənin saxlanılmamasıdır. Bu faktorlar əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinə və xəstəliyin sürətlə yayılmasına gətirib çıxara bilər. Vəziyyətin yenidən stabilləşməsi üçün hər kəs xüsusi karantin rejiminin qaydalarına əməl etməli, dövlətin sanitar-epidemioloji vəziyyətin sabitləşdirilməsi istiqamətində ardıcıl tədbirlərinə dəstək verməlidir.
   Yaranmış vəziyyətlə əlaqədar olaraq, Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılan mobil qruplar tərəfindən şəhər ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər gücləndirilib.
   Əhali arasında yoluxma hallarının qarşısının alınması və əhalinin maarifləndirilməsi məqsədilə mobil qrupların üzvləri əhalinin sıx toplaşdığı yerlərdə, market və mağazalarda, ictimai-iaşə obyektlərində reydlər keçirir, sakinlərdən və obyekt sahiblərindən qaydalara riayət etmələri tələb olunur, pozuntular aşkar olunduqda cərimələr tətbiq olunur.
   Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsinin məcburiliyi izah olunur. Vəfat edən şəxslərin ailə üzvləri ilə profilktiki söhbətlər aparılır, yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıqlar edilir və hüzr yerləri nəzarətdə saxlanılır.
   31 mart 2021-ci il tarixində keçirilən növbəti reyd zamanı ümumilikdə 258 olmaqla, 155 ticarət, 36 ictimai iaşə, 31 gözəllik salonu və bərbərxana, 35 digər xidmət obyektlərinə nəzarət edilib. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 493 nəfərə xəbərdarlıq olunub.
   Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

   Mətbuat xidməti

Keçidlər