Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Ramil Usubov Şirvan şəhərində rayonlardan müraciət edən vətəndaşların qəbulunu keçirdi.
28 fevral 2015-ci il tarixdə saat 10.00-da Şirvan şəhər Polis şöbəsində Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Ramil Usubov Şirvan şəhər, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarından müraciət edən vətəndaşların qəbulunu keçirdi. Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Ramil Usubov tərəfindən Şirvan şəhərində keçiriləcək vətəndaşların qəbulu zamanı polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayon sakinlərinin yaşı 20-dən az 30-dan çox olmayan bəzi şərtlərə uyğun olaraq vətəndaşların qəbulunuda keçirdi.