Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Hümbətov Emil Tərlan oğlunun xatirəsi anıldı.

02 aprel 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən, Zəfər yürüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də Hümbətov Emil Tərlan oğlu olmuşdur.
   Hümbətov Emil Tərlan oğlu 29.10.1992-ci ildə Şirvan şəhərində anadan olmuşdur. O könüllü olaraq hərbi xidmətə getmiş, N saylı hərbi hissədə gizir kimi xidmət etmişdir. Hümbətov Emil Tərlan oğlu erməni təcavüzünə qarşı döyüşlərdə fəal iştirak etmiş, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmiş, şəhidlik zirvəzinə ucalmışdır. 
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə bu gün Vətən müharibəsi şəhidi Hümbətov Emil Tərlan oğlunun ailəsi ziyarət edildi. Ziyarət zamanı Vətən müharibəsi şəhidi Hümbətov Emilin əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
   Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
   Şirvan Şəhər İcra Hakimiyyəti  Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
   Şəhidin atası Tərlan kişi və anası Sevinc xanım Hümbətov Emilin vətənpərvərlik ruhunda tərbiyə olunduğundan, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Bildirdilər ki, Emil öz ailə üzvlərinə, yaxınlarına qarşı çox həssas olub. Füzuli rayonu ərazisində gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Yaralı döyüş yoldaşlarının həyatını xilas edib. Özü də ən yüksək məqama-şəhidlik zirvəsinə yüksəlib. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə” medallarına layiq görüldüyünü, Şirvanda, “Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyini qeyd etdilər. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qəbirüstü abidəsinin ucaldılmasına və digər abadlıq, quruculuq işlərinə, ailəyə göstərilən təşkilati, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
   Allah Şəhidlərimizə rəhmət eləsin.


     Mətbuat xidməti

Keçidlər