Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

07 aprel 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində döyüşərək yaralanan Şirvan şəhər qazilərinə və şəhid ailələrinə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir.
   Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bir qrup Vətən müharibəsi qazisini qəbul edib. Qəbulda millət vəkili İltizam Yusifov, Şirvan Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru İlham Mustafayev, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şirvan şəhər şöbəsinin sədri Pənah Xankişiyev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Aqşin Abdullayev və İcra Hakimiyyətinin məsul işçiləri  iştirak edib.
   Öncə Vətənimizin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandlığı Zəfər münasibətilə qaziləri bir daha təbrik edib və xidməti borclarını ləyaqətlə yerinə yetirdiklərinə görə təşəkkürünü bildirib. Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə hər zaman dövlətin, ölkə rəhbərinin ətrafında sıx birləşən Qarabağ qazilərinə cansağlığı və gələcək işlərində uğurlar arzulayıb. Qeyd edib ki, canları, qanları bahasına vuruşan, bizə bu qüruru və sevinci yaşadan Şanlı Ordumuzun bütün əsgər və zabitləri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib, onların böyük əksəriyyəti orden və medallarla təltif edilib, sosial problemlərinin həlli istiqamətində qısa müddətdə bir çox sərəncamlar imzalanıb. Şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı, Heydər Əliyev Fondunun və Yaşat Fondunun fəaliyyəti bunun bariz nümunəsidir.  İlqar Abbasov Yerli icra hakimiyyətləri haqqında Əsasnamədə edilən yeni dəyişikliyə əsasən, bütün icra hakimyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının, şöbə müdirinin və baş məsləhətçinin də qazilərin arasından seçilməsinin onlara göstərilən həssas münasibətin təzahürü olduğunu vurğulayıb. Bildirib ki, Şirvan şəhərində də qazilərə və şəhid ailələrinə həssas münasibət, diqqət və qayğı həmişə ön planda olub. 2020-ci il ərzində Şəhər İcra Hakimiyyəti tərəfindən II Qarabağ müharibəsi şəhidlərinin, qazilərin ailələrinə, aztəminatlı ailələrə müxtəlif məbləğlərdə maddi yardımlar göstərilib, şəhərin ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin dəfn mərasimləri yüksək səviyyədə təşkil olunub, Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işləri aparılıb,  Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrupları tərəfindən şəhid ailələri və qazilərin ailələri mütəmadi ziyarət olunub, onların sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Sonra Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən qazilər onları narahat edən məsələləri şəhər rəhbərliyinin diqqətinə çatdırıblar. Müraciətlərin əsasını işlə təminat, müalicə və əlilliyin təyin edilməsi üçün köməkliyin göstərilməsi, özəlləşdirmə  və sair məsələlər təşkil edib. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qazilərin problemlərinin bir qisminin tezliklə həll olunması üçün aidiyyəti üzrə göstəriş verib, digər mühüm məsələlərlə bağlı “Yaşat” fonduna müraciət edilməsinin vacibliyini bildirib.
   Qəbulda iştirak edən millət vəkili, idarə və müəssisə rəhbərləri qaziləri narahat edən suallarla bağlı izahat veriliblər.
   İcra Hakimiyyətinin başçısı qəbula yekun vuraraq istər dövlət, istərsə də şəhər rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
   Görüşdə iştirak edən qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox  hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.   

   Mətbuat xidməti

Keçidlər