Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Vətən müharibəsi qaziləri ilə mütəmadi görüşlər keçirilir.

08 aprel 2021 | 16:00

Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti dəfə bir qrup Vətən müharibəsi qazisini qəbul edib. Qəbulda millət vəkili İltizam Yusifov, Şirvan Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru İlham Mustafayev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Aqşin Abdullayev, İctimai Nəzarət Koalisiyasının Şirvan şəhər təşkilatının sədri Töhfə Məmmədova və İcra Hakimiyyətinin məsul işçiləri  iştirak edib.
    Vətənimizin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tarixi torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan haqq savaşında misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.  Müzəffər Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşən, xalqımıza Şanlı Qələbə sevincini və qürurunu yaşadan bütün əsgər və zabitlərə təşəkkürünü bildirib, qəhərman oğullarımızla Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Vətən müharibəsinin başlandığı 27 sentyabrın Anım Günü, Şuşanın azad edildiyi 8 noyabrın Zəfər Günü kimi qeyd edilməsi, digər məsələlərlə bağlı cənab Prezidentin müvafiq sərəncamları qələbənin əldə edilməsində böyük rəşadət göstərən  vətən övladlarının şücaətinə ehtiramın göstəricisidir. Ölkə başçıs tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışan İlqar Abbasov, Yaşat Fondunun və yerli icra hakimyyətlərində yeni yaradılan  “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin də bu kateqoriyadan olan insanların sosial rifah halının yaxşılaşdırılmasına, problemlərinin mübət həllini tapmasına töhfə verəcəyini bildirib. Qeyd edib ki, Şəhər İcra Hakimiyyəti tərəfindən II Qarabağ müharibəsi şəhidlərinin, qazilərin ailələrinə, aztəminatlı ailələrə müxtəlif məbləğlərdə maddi yardımlar göstərilib, şəhərin ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin dəfn mərasimləri yüksək səviyyədə təşkil olunub, Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işləri aparılıb,  Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrupları tərəfindən şəhid ailələri və qazilərin ailələri mütəmadi ziyarət olunub, onların sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülüb.
   Sonra qəbulda iştirak edən qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox  hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər. Onların qayğı və təklifləri ayrı-ayrılıqda dinlənilib, İcra Hakimiyyətinin başçısı, millət vəkil, Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru tərəfindən onlara müvafiq izahat verilib. Müraciətlərin məzmununu işlə təminat, banklara olan kredit borclarının və kommunal borcların ödənilməsi, müalicə və əlilliyin təyin edilməsi üçün köməkliyin göstərilməsi, küçələrin asfaltlanması  və sair məsələlər təşkil edib. İlqar Abbasov qazilərin problemlərinin bir qisminin tezliklə həll olunması üçün aidiyyəti üzrə göstəriş verib, digər mühüm məsələlərlə bağlı “Yaşat” fonduna müraciət edilməsinin vacibliyini bildirib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Mətbuat xidməti

Keçidlər