Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda əhalinin vaksinasiyası tədbirləri davam etdirilir.

09 aprel 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Şirvan şəhərində 2021-ci il yanvarın 19-dan həyata keçirilən vaksinləşmə prosesi digər əhali qrupları arasında davam etdirilir.
   Hazırda Şirvan şəhəri üzrə ümumilikdə 8581 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub. Onlardan 2373 nəfəri 65 yaşdan yuxarı, 4762 nəfəri 50-65 yaş arası və 1446 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
   COVİD-19 pandemiyasının qarşısının alınması üçün həyata keçirilən vaksinasiya ilə bağlı şəhər ərazisində sakinlərlə mütəmadi maarifləndirici söhbətlər aparılır, peyvənd olunmaları tövsiyə edilir. Peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş izahat işləri aparılır, həmçinin, vaksinasiyanın dövlət hesabına və mərhələli şəkildə tətbiq edilldiyi sakinlərin diqqətinə çatdırılır.
   Şəhər sakinləri koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlərə, xüsusilə COVİD-19 əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə     Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

   Mətbuat xidməti

Keçidlər