Koronavirusla mübarizə məqsədilə reydlər davam etdirilir.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir.
Şirvan şəhər İcra Hakimiyyəti başçısı yayında yaradılmış Operativ Qərərgah tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq yoluxma riskinin azaldılması və xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış 35 mobil qrup üzvləri tərəfindən şəhər ərazisində və qəsəbələrdə izahetmə-xəbərdarlıq işləri həyata keçirilir. Mütəmadi olaraq əhalinin sıx olduğu məkanlarda, eləcə də ictimai nəqliyyatda şəhər sakinləri ilə qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılır.
8 aprel 2021-ci il tarixdə keçirilən növbəti reyd zamanı gün ərzində ümumilikdə 252 olmaqla, 147 ticarət, 34 ictimai iaşə, 32 gözəllik salonu və bərbərxana, 37 digər xidmət obyektlərinə nəzarət edilib. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 486 nəfərə xəbərdarlıq olunub.
Qeyd edək ki, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.
Mətbuat xidməti