“Könüllü qonaq” layihəsi davam etdirilir.
12 aprel 2021-ci il tarixdə “Könüllü qonaq” layihəsi çərçivəsində Şirvan şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Gənclər və İdman İdarəsi və Şirvan Gənclər Evinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan, tanınmış, qocaman neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmanı, Hindistanın fəxri vətəndaşı, 4 çağırış Azərbaycan SSRİ Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuş Əmənov Akif doğum günü, 79 yaşının tamam olması münasibətilə evində ziyarət olundu və ad günü münasibətilə təbriklər çatdırıldı.
Görüş zamanı Akif Əmənov keçdiyi həyat yolundan söz açıb, xatirələrini bölüşüb. Eyni zamanda, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.