Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı

14 aprel 2021 | 16:00

Şirvan şəhər sakini, Vətən müharibəsinin iştirakçısı İbadov Əli İbad oğlunun və onun nənəsi Əliyeva Elmira Rüstəm qızının Muğan internet televiziya kanalına 9 aprel 2021-ci il tarixində  etdiyi müraciətlə əlaqədar bildiririk ki, Ə.İbadov Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş, müraciəti əsasında 28 dekabr 2020-ci il tarixdə Şəhər İcra Hakimiyyəti başçısının 173 nömrəli Sərəncamı ilə birdəfəlik maddi yardım  edilmiş, bayramlarda ərzaq yardımı verilmiş, kommunal xərclərinin ödənilməsi ilə bağlı müvafiq köməklik göstərilmiş, Şəhər Mərkəzi Xəstəxanasında müalicəsi təmin edilmiş, əlavə maddi yardım edilmişdir.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi karantin rejiminin qaydaları gözlənilməklə 7 aprel 2021-ci il tarixdə Vətən müharibəsi iştirakçıları ilə görüşü zamanı İbadov Əli İbad oğlunun nənəsini bir daha qəbul etmiş, onların mənzillə təmin edilməsi barədə müraciətlərini dinləmiş və müvafiq izahat vermişdir. Vətəndaşa izah edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (Yaşat Fondu) yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verməkdir. Qeyd edilmişdir ki, bu kateqoriyadan olan şəxslər sosial problemləri ilə əlaqədar Yaşat Fonduna müraciət edə bilər. Həmçinin izah edilmişdir ki, İbadov Əli İbad oğlu Vətən müharibəsi əlili və ya veteranı statusu aldıqdan sonra onun güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi məsələsinə baxılacaqdır. 
   Əlavə olaraq bildiririk ki, hazırda İbadov Əli İbad oğlunun Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunması imkan xaricindədir.

   Mətbuat xidməti

Keçidlər