Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirus əleyhinə reydlər davam edir.

19 aprel 2021 | 16:00

Koronavirus infeksiyasına ölkə üzrə günlük yoluxma yoluxma sayının 2000-i keçməsi, ölüm sayının yenidən artması  ilə əlaqədar Şirvan şəhəri ərazisində koronavirus infeksiyası əleyhinə profilaktik tədbirlərin həyata keçirilməsi daha da gücləndirilmişdir.
    Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə şəhər ərazisində mütəmadi reydlər keçirilmişdir. Şəhər İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar tərəfindən keçirilən reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılmış, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri barədə lazımi tövsiyyələr verilmişdir.
    Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət eməyənlər barəsində inzibati qaydada təbirlərin görüləcəyi ictimai-iaşə və ticarət obyektləri sahiblərinin nəzərinə çatdırılmışdır.
18 aprel 2021-ci il tarixində keçirilən reyd zamanı gün ərzində ümumilikdə 233 olmaqla, 138 ticarət, 33 ictimai iaşə, 28 gözəllik salonu və bərbərxana, 30 digər xidmət obyektlərinə nəzarət edilib, 437 nəfər vətəndaşa xəbərdarlıq olunub. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.
   Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi davam etdiriləcəkdir.

   Mətbuat xidməti

Keçidlər