Şirvan şəhərində koronavirusla mübarizə gündəlik olaraq gücləndirilmiş şəkildə davam etdirilir.
Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Şirvan şəhərində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Koronavirus infeksiyasına yoluxanlarının sayının artmasını nəzərə alınaraq xidmət təşkilatları tərəfindən şəhərin müxtəlif ərazilərində, küçə, prospekt və yollarında əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır. Dezinfeksiya işləri Şirvan Şəhər İcra Hakimiyyəti başçısının yanında yaradılmış Operativ Qərargah tərəfindən tərtib edilən qrafikə uyğun həyata keçirilir. Şəhər İcra Hakimiyyətində yaradılmış mobil qruplar gündəlik olaraq şəhərin küçə və prospektlərində, əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparırlar. Təbliğat, maarifləndirmə, dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Görülən işlər şəhər sakinlərinin sağlamlığının və həyatının təhlükəsizliyinə xidmət edir.
19 aprel tarixində gün ərzində ümumilikdə 250 olmaqla, 143 ticarət, 35 ictimai iaşə, 29 gözəllik salonu və bərbərxana, 32 digər xidmət obyektlərinə nəzarət edilib. 11 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarına əməl etməsi üçün 424 nəfər vətəndaşa xəbərdarlıq olunub. Reydlər zamanı şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, dezinfeksiyaedici məhlullardan istifadə olunmasının, sosial məsafəni gözləməyin, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin, karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi vurğulanıb.
Mətbuat xidməti