Vətən müharibəsi Şəhidi Zülfiqarlı Zeynal Alim oğlunun xatirəsi anıldı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən, Zəfər yürüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də Zülfiqarlı Zeynal Alim oğlu olmuşdur.
Zülfiqarlı Zeynal Alim oğlu 31.05.1995-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. O könüllü olaraq hərbi xidmətə getmiş, N saylı hərbi hissədə xidmət etmişdir. Zülfiqarlı Zeynal Alim oğlu erməni təcavüzünə qarşı döyüşlərdə fəal iştirak etmiş, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmiş, şəhidlik zirvəzinə ucalmışdır.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Zülfiqarlı Zeynal Alim oğlunun ailəsi ziyarət edildi.
Ziyarət zamanı Vətən müharibəsi şəhidi Zülfiqarlı Zeynalın əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Şəhidin atası Alim kişi və anası Şamama xanım Zülfiqarlı Zeynalın vətənpərvərlik ruhunda tərbiyə olunduğundan, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Bildirdilər ki, Zeynal Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Yaralı döyüş yoldaşlarının həyatını xilas edib. Özü də ən yüksək məqama-şəhidlik zirvəsinə yüksəlib. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə” və “İgidliyə görə” medallarına layiq görüldüyünü, Şirvanda, “Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyini qeyd etdilər. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qəbirüstü abidəsinin ucaldılmasına və digər abadlıq, quruculuq işlərinə, ailəyə göstərilən təşkilati, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Mətbuat xidməti