Şirvanda COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir
Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış mobil qrupların üzvləri koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə şəhərin müxtəlif ərazilərində reydlər keçirib.
Reydlər zamanı şəhərin küçə və parklarında, marketlərdə, ictimai iaşə obyektlərində vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edərək, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə tanış olublar.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban Xanım Əliyevanın rəhbərliyi ilə bütün zəruri qabaqlayıcı addımların atıldığı, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirildiyi, lakin virus əleyhinə tədbirlərin davam etdirilməsinin vacibliyi şəhər sakinlərinin nəzərinə çatdırılıb.
Qeyd edilib ki, hər bir vətəndaşın müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl etməsi, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsi vacibdir. Tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyi ətraflı izah edilmişdir.
22 aprel tarixində keçirilən növbəti reyddə ümumilikdə 253 olmaqla, 147 ticarət, 36 ictimai iaşə, 30 gözəllik salonu və bərbərxana, 33 digər xidmət obyektlərinə nəzarət edilib. 7 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarına əməl etməsi üçün 484 nəfər şəhər sakininə xəbərdarlıq olunub.
Mətbuat xidməti