Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində qanvermə aksiyası keçirilib.

23 aprel 2021 | 16:00

23 aprel 2021-ci il tarixində Şirvan şəhərində Ramazan ayı ilə əlaqədar hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
   Aksiya Şəhər İcra Hakimiyyətinin, Gənclər üçün Təhsil Mərkəzi Aran Regional Ofisinin və B.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şirvan bölməsinin təşəbbüsü ilə təşkil edilib.
   Qanvermə aksiyasında Şirvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, ictimaiyyət nümayəndələri, qazilər yüksək həvəslə və könüllü olaraq iştirak ediblər.
   Aksiyada həkim hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Yığılan qan və onun komponentləri talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
   Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər və belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.
   Qan köçürülən uşaqların valideynləri irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara göstərilən diqqət və qayğıya, o cümlədən mütəmadi keçirilən qanvermə aksiyalarına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər və bu aksiyalarda könüllü iştirak edən insanlara təşəkkürlərini bildiriblər.

   Mətbuat xidməti

Keçidlər