Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda vaksin olunanların sayı artıb.

23 aprel 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən ölkə ərazisində yanvarın 18-də başlanan peyvəndlənmə kampaniyası Şirvan şəhərində də uğurla davam etdirilməkdədir.
   Əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün Şirvan Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb,  bu məqsədlə ayrılmış xüsusi otaqlar TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilib. Strategiyaya əsasən, əhalinin vaksinasiyası mərhələli şəkildə həyata keçirilir.
   Artıq 11556 nəfər Şirvan sakini COVİD-19 infeksiyasına qarşı peyvənd olunub. Onlardan 2553 nəfəri 65 yaşdan yuxarı, 5889 nəfəri 50-65 yaş arası və 3114 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
   Qeyd edək ki, qısa müddətdə kütləvi immunitetin formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür. Elə Strategiyanın da əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

   Mətbuat xidməti

Keçidlər