Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində yaşayan şəhid və qazi ailələrinin nəzərinə!

26 aprel 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik  Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə  27, 28, 29 aprel 2021-ci il tarixlərdə Şəhər Diaqnostika Mərkəzində Şirvan şəhərində yaşayan şəhid və qazi ailələrinə göz xəstəlikləri ilə bağlı müayinə və müalicə xidməti göstəriləcək, zərurət  yarandığı  təqdirdə  cərrahi  əməliyyat  aparılacaqdır.
   Şirvan şəhərində yaşayan şəhid və qazi ailələrindən göz xəstəliklərinin müayinə və müalicəsinə ehtiyacı olanları aksiyada iştirak etməyə dəvət edirik.

   Mətbuat xidməti

Keçidlər