Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

28 aprel 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftalmoloq alim, akademik  Zərifə xanım  Əliyevanın anadan olmasının  98-ci ildönümünə həsr olunmuş “Qaranlığa nur saçan alim” mövzusunda onlayn inşa-yazı müsabiqəsi başa çatıb.
   Müsabiqə 13-25 aprel 2021-ci il tarixlərdə  şəhər ümumtəhsil  məktəblərinin V-IX sinif şagirdləri arasında keçirilib və şəhər turunda 40 nəfər şagird iştirak edib. Müsabiqəyə təqdim olunan inşa-yazılarda məktəblilərin Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətlərinin gənclər arasında geniş təbliğ edilməsi, eyni zamanda, ölkəmizdə koronavirus pandemiyasının yayılmasında tibb işçilərinin əvəzsiz rolu, dövlətimizin pandemiyanın yayılmasının qarşısının alınmasında həyata keçirdiyi zəruri, təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlərlə bağlı məktəblilərin düşüncələri öz əksini tapıb.
   Münsiflər heyətinin yekun qərarına əsasən, 21 nömrəli tam orta məktəbin şagirdi Cavid Bağırov, 18 nömrəli tam orta məktəbin şagirdi Şərəf Əliyeva, 2 nömrəli tam orta məktəbin şagirdi Türkanə Cabbarlı,  1 nömrəli tam orta məktəbin şagirdi Fidan Hüseynova rəsm müsabiqəsinin qalibləri müəyyən olunub və qaliblər diplomlarla təltif edilib.  

Mətbuat xidməti

Keçidlər