Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan göz müayinəsi aksiyası keçirilib.

28 aprel 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 98-ci ildönümü münasibətilə Şəhər Diaqnostika Mərkəzində tibbi aksiya keçirilib. Aksiyada Şirvan şəhərində yaşayan şəhid və qazi ailələrinə göz xəstəlikləri ilə bağlı müayinə və müalicə xidməti göstərilib.
   Şəhər Diaqnostika Mərkəzinin həkimləri tərəfindən müraciət edən şəhid və qazi ailələrinin görmə qabiliyyətləri yoxlanılıb, hər hansı xəstəliyin əlamətinin olub-olması müəyyən edilib, görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərilib. Aksiya aprelin 27-də başlayıb və  aprelin 29-na kimi davam etməsi nəzərdə tutulub.
   Tibbi aksiyada iştirak edən şəhid və qazi ailələri görkəmli oftalmoloq alimin anadan olmasının ildönümü ərəfəsində tibbi aksiyaların keçiriməsinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər və göz xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə xüsusi həssaslıqla yanaşılmasını Zərifə xanıma xas olan xeyirxahlıq ənənələrinin davamı kimi qiymətləndiriblər.

 Mətbuat xidməti

Keçidlər