Xüsusi karantin rejiminin qaydalarına əməl edilməsi Şirvan sakinlərinin sağlamlığına xidmət edir.
Artıq bir ildən çoxdur dünya ölkələrini təşviş və həyəcanda saxlayan koronavirus (COVİD-19) infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə həyata keçirlən tədbirlər Şirvan Şəhər İcra Hakmiyyətinin və aidiyyəti xidmət təşkilatlarının gündəlik iş fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilib. Şəhər ərazisində sanitar-epidemioloji qaydaların pozulmaması, şəhər sakinlərinin sağlamlığı və xüsusi karantin rejiminin qaydalarına əməl edilməsi koronavirusla mübarizədə qarşıya qoyulmuş mühim vəzifələrdir.
Bu məqsədlə 2020-ci ilin mart ayında ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə uyğun olaraq, Şirvan şəhər ərazisində bir sıra profilaktik tədbirlər həyata keçirilib, Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Operativ Qərargah yaradılıb, xüsusi karantin rejimi müddədində Şirvan şəhərində həyata keçirilməsi nəzərədə tutulan zəruri Tədbirlər Planı təsdiq edilib.
Görülən işlərin davamı olaraq, insanlar arasında sosial məsafənin gözlənilməsi, lazımi fərdi qoruyucu vasitələrdən(maska) və dezinfeksiyaedici maddələrdən istifadə olunması, həmçinin şəxsi gigiyena tələblərinin gözlənilməsi məqsədi ilə şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən mobil qruplar tərəfindən əhali arasında maarifləndirmə işi aparılır, şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə və ticarət obyektlərində mütəmadi reydlər keçirilir. Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara riayət edilməsinin vacibliyi şəhər sakinlərinin diqqətinə çatdırılır. Yoluxma riskini nəzərə alaraq dəfn mərasimləri istisna olmaqla insanların kütləvi şəkildə yas mərasimlərində iştirakının qarşısının alınır.
Qeyd edək ki, 28 aprel 2021-ci il tarixdə keçirilən reyd zamanı gün ərzində ümumilikdə 254 olmaqla, 145 ticarət, 37 ictimai iaşə, 28 gözəllik salonu və bərbərxana, 36 digər xidmət obyektlərinə nəzarət edilib, 473 nəfər vətəndaşa xəbərdarlıq olunub. 8 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.
Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar Şirvan şəhərində profilaktik tədbirlər davam etdiriləcəkdir.
Mətbuat xidməti