Şirvan şəhərində Dünya Bankının maliyyə dəstəyi və təşkilatçılığı ilə tədbir keçirildi.
10 aprel 2015-ci il tarixdə saat 10.15-də YAP Şirvan şəhər təşkilatının akt zalında Dünya Bankının maliyyə dəstəyi və təşkilatçılığı ilə ölkə daxilində Vətəndaş Cəmiyyətinə, yerli icra orqanları nümayəndələrinə və sadə vətəndaşlara “Mədən Hasilatı üzrə Şəffalıq Təşəbbüsünün (MHŞT) məqsədi təbii resurslarla zəngin ölkələrdə hasilatdan əldə edilən gəlirlərin şəffaflığının və hesabatlılığının təmin edilməsi” mövzusunda məlumatlandırılma və maarifləndirilmə ilə bağlı tədbir keçirildi. Tədbirdə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının koordinatoru Əliməmməd Nuriyev və Şura üzvü Sabit Bağırov, Dünya Bankının Azərbaycan nümayəndələri Sadiq Əliyev və Emil Ömərov, Azərbaycan MHŞT Katibliyinin mütəxəssisi Abbas Abbasov və 100 nəfər iştirak etdi.