Şirvanda COVİD-19 əleyhinə maarifləndirmə davam edir.
Şirvan şəhərində xüsusi karantin rejimi qaydalarının yerinə yetirilməsinə nəzarət tədbirləri davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılmış mobil qrupları tərəfindən koronavirus (COVİD-19) infeksiyası əleyhinə növbəti reydlər keçirilib. 30 aprel 2021-ci il tarixdə keçirilən reyd zamanı ümumilikdə 254 olmaqla, 151 ticarət, 35 ictimai iaşə, 30 gözəllik salonu və bərbərxana, 35 digər xidmət obyektlərinə nəzarət edilib, 487 nəfər vətəndaşa xəbərdarlıq olunub. 3 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.
Reydlər zamanı şəhərin küçə və məhəllələrində, iaşə-iaşə və ticarət obyetlərində, əhalinin sıx toplaşdığı ərazilərdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı maarifləndirici söhbətlər aparılıb, təbliğat-izahat işləri gücləndirilib. Vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl edilməsinin, dezinfeksiyaedici vasitələrdən, tibbi maskalardan, əlcəklərdən müntəzəm istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda dövlətimiz tərəfindən əhalinin sağlamlığı üçün görülən işlərlə bağlı sakinlərə ətraflı məlumat verilib və peyvəndlənmə kampaniyasında vaxtında iştirak etməyin önəmi bir daha xatırladılıb.
Mətbuat xidməti