Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər sakinləri vaksinasiya kampaniyasında aktiv iştirak edir.

03 may 2021 | 16:00

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində həyata keçirilən profilaktik tədbirlər Şirvan şəhərində də uğurla davam etdirilir.
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, vaksinasiya kampaniyasında şəhər sakinləri aktiv iştirak edir, koronavirus pandemiyasının tezliklə başa çatması üçün birlik nümayiş etdirirlər.
   Hazırda Şirvan şəhəri üzrə tibb işçilərinə, həmçinin yaşı 50-dək, 50-65 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 11970 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 8341, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 3629 nəfərdir.
   Qeyd edək ki, qısa müddətdə kütləvi immunitetin formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür. Elə Strategiyanın da əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

   Mətbuat xidməti

Keçidlər