Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 1-ci qrup gözdən əlil Elçin Əliyevi və bacısı Gülbəniz Əliyevanı qəbul etdi

03 may 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 03.05.2021-ci il tarixdə vətəndaş, 1-ci qrup gözdən əlil Elçin Əliyevi və bacısı Gülbəniz Əliyevanı müraciətləri əsasında qəbul edib dinlədi. Qəbul zamanı Elçin Əliyev evinə içməli su xəttinin çəkilməsinə və həyətyanı sahəsinin hasarının mişardaşı ilə hörülməsinə köməklik göstərilməsini xahiş etdi. İcra başçısı İlqar Abbasov Şəhər Təsərrüfatı məsələləri üzrə müavini Orxan İbrahimova məsələ ilə bağlı  yerində baxış keçirib, məlumat verməsi barədə zəruri tapşırıqlar verdi. Müvafiq araşdırma aparıldıqdan sonra məsələyə baxılacağını bildirdi.
   Qəbul zamanı Elçin Əliyevin bacısı Gülbəniz Əliyeva azyaşlı, anadangəlmə serebral-iflic xəstəliyindən əziyyət çəkən oğlu Yusifin Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Şəhər Xəstəxanasının təşkilatçılığı ilə Bakı şəhərində Mərkəzi klinikada MRT edildiyi haqda məlumat verdi. Gülbəniz Əliyeva bildirdi ki, həkimlər müayinə zamanı vətər cərrahi əməliyyatının aparılmasını məsləhət görüblər. İcra başçısı İlqar Abbasov xəstəyə mütəxəssis həkimlər tərəfindən baxılıb, rəy verilməsi barədə Şirvan Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru İlham Mustafayevə müvafiq tapşırıq verdi və mütəxəssis həkim rəyi alındıqdan sonra xəstədə vətər cərrahi əməliyyatının hansı xəstəxanada aparılacağı barədə qərar qəbul ediləcəyinə və müvafiq köməklik göstəriləcəyini qeyd etdi.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xəstənin əməliyyat və müalicə xərclərini qarşılamaq üçün Gülbəniz Əliyevaya 2021-ci ilin sonuna qədər hər ay İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilməsi üçün müvafiq Sərəncamın hazırlanmasına göstəriş verdi.

Keçidlər