Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 2021-ci il aprelin 30-da, ömrünün 57-ci ilində vəfat etmişdir

03 may 2021 | 16:00

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 2021-ci il aprelin 30-da, ömrünün 57-ci ilində vəfat etmişdir.
   Azad Rəhimov dövlət gənclər və idman  siyasətinin həyata keçirilməsində, idman infrastrukturunun möhkəmləndirilməsində və kütləviliyinin artırılmasında, nüfuzlu beynəlxalq tədbirlərin təşkilində, peşəkar idmançılarımızın ən mötəbər yarışlarda iştirakının yüksək səviyyədə təmin edilməsində unudulmaz xidmətlər göstərmişdir.
   Azad Rəhimov dəfələrlə Şirvan şəhərində  olmuş, şəhərimizdə gənclərlə işin, idmanın inkişafına və şəhər sakinlərinin müraciətlərinin həllinə müvafiq töhfələr vermişdir.
   Tanınmış ictimai xadim, alicənab, səmimi və xeyirxah insan, gənclərin və idmançıların dostu Azad Rəhimovun vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, yaxınlarına, dostlarına və onu sevənlərə dərin hüznlə başsağlığı veririk.
   Ömrünün sonunadək Azərbaycanın milli maraqlarını rəhbər tutan, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən,  nəcib və vətənpərvər şəxsiyyət Azad Rəhimovun əziz xatirəsi Şirvanlıların da qəlbində daim yaşayacaqdır.

   Allah rəhmət eləsin!


         İlqar Abbasov

Keçidlər