Şriftin ölçüsü :

Saytın rəngi :

"Sağlam ailə-sağlam gələcəyin təminatıdır" adlı videokonfrans keçirilib.

07 may 2021 | 16:00

07.05.2021-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 may "Beynəlxalq Ailə günü"nə həsr edilmiş "Sağlam ailə-sağlam gələcəyin təminatıdır" adlı videokonfrans keçirilib.
   Videokonfransı giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova xalqımızın ailə ənənələrinin dərin köklərə bağlı olduğunu, bu gün ölkəmizdə ailə siyasətinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.  Qeyd edib ki, BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən dünyada 15 may Beynəlxalq Ailə Gününün qeyd olunması planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. 2008-ci ildən ölkəmizdə Ailə bayramının qeyd olunması dövlət ailə siyasətinin əyani təcəssümüdür.  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təməlini qoyduğu dövlət ailə siyasəti bu gün də uğurla  həyata keçirilir. Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti , çox hörmətli Mehriban xanım Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. “Beynəlxalq Ailə Günü”  respublikamızın paytaxt və regionlarında olduğu kimi, Şirvan şəhərində də hər il yüksək səviyyədə qeyd olunur. Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən, dövlət ailə siyasətinin təşviqi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ailə dəyərlərinin gənc nəslə aşılanması, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam ailə modelinin və  sağlam həyat tərzinin təbliği məqsədilə şəhərimizdə silsilə tədbirlər keçirilir. Bu il Şirvan şəhərində Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbirlər koronavirus pandemiyası ilə mübarizə və əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən karantin rejiminin tələbləri nəzərə alınmaqla keçiriləcəkdir.
   Şirvan Mərkəzi Xəstəxanası püblik hüquqi şəxsin Doğum evinin baş həkimi Sevda Həsənova reproduktiv sağlamlıq və ailə planlaşdırılması, erkən nikah və qohumlar arsında nikahın fəsadları, uşaqların doğulanadək cins seçiminə qarşı mübarizənin təşkili barədə geniş məlumat verib.
   Sonra çıxış edən 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva  dəyişən zamanın, müasir inkişafın, qloballaşmanın kiçik dövlət modeli sayılan Azərbaycan ailələrinə  də təsir göstərdiyini vurğulayıb. Qeyd edib ki, bu gün bütün dünyada boşanmaların sayı çoxalıb ki, bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin olmamasıdır. Adi bir səbəbə görə dağılan ailələrdə ən çox azyaşlı uşaqların əziyyət çekdiyini, bu problemlərin belə ailələrdə böyüyən uşaqların gələcəyinə psixoloji təsir etdiyini bildirən S.Quliyeva gənclərə ailə qurarkən həm öz istəklərini, həm də ailələrinin tövsiyyələrini nəzərə almağı məsləhət görüb.
   Gənclər və İdman İdarəsinin əməkdaşı Cavid Əliyev sağlam həyat tərzi, ziyanlı vərdişlərin fəsadları, gənclərin idmana cəlb olunması, gənc ailələrin problemləri barədə cıxış edib.
   Şəhər gənclərinin də qoşulduğu videokonfrans bir sıra təkliflərin səsləndirilməsi ilə başa çatıb.  


   Mətbuat xidməti

Keçidlər