Şirvan şəhərində 9 may faşizm üzərində Qələbə günü qeyd olunub.
Şirvan şəhərində 9 May faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbir xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə təşkil olunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, mərkəzi icra hakimiyyəti orqanlarının regional idarələrinin, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun büstü önünə gül dəstələri düzüb. 1941-1945-ci illər İkinci dünya müharibəsində doğma Azərbaycanın hüdudlarından uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həlak olan şirvanlıların xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, qələbənin əldə edilməsində həmyerlilərimizin şücaəti və Azərbaycan neftinin rolu əvəzsiz olub. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 9 may Qələbə Gününün qeyd edilməsinin yeni mərhələyə qədəm qoyduğunu, qələbənin qazanılmasında xidməti olanlara diqqət və qayğının artırıldığını bildirib. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci dünya müharibəsi iştirakçılarının, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, illər keçsə də Azərbaycan xalqı faşizmə qarşı vuruşan qəhrəmanlarını unutmur, xatirələrini daim əziz tutur.
Sonra El qəbiristanlığında Şirin Şükürovun qəbirüstü abidəsi ziyarət olunub, məzarı önünə tər qərənfillər düzülüb, qəhrəmanın ruhuna dualar oxunub.
Mətbuat xidməti