Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mamontov Oleq Nikolayeviçin ailəsi ziyarət olundu.

17 may 2021 | 16:00

Mamontov Oleq Nikolayeviç 15.12.1971-ci ildə Şirvan şəhərində anadan olmuşdur. O, 10 nömrəli tam orta məktəbdə təhsil almış, vətənpərvər gənc kimi yetişmişdir. Oleq Mamontov təhsil aldığı müddətdə özünü nümunəvi şagird kimi aparmış, idmanla məşğul olmuşdur. Könüllü olaraq hərbi xidmətə getmiş, N saylı hərbi hissədə müddətdən artıq xidmət edərək tankist kimi yetişmişdir. O, erməni təcavüzünə qarşı döyüşlərdə iştirak etmiş, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmiş, şəhidlik zirvəzinə ucalmışdır.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Qarabağ müharibəsi şəhidi Mamontov Oleq Nikolayeviçin ailəsi ziyarət edildi.
Ziyarət zamanı şəhid Oleq Mamontovun əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
   Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
   Şirvan Şəhər İcra Hakimiyyəti  Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Şəhidin anası Yelena xanım oğlu Oleqin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdı. Bildirdi ki, Oleq Mamontov öz valideynlərinə, ailə üzvlərinə, qonşularına qarşı çox həssas olub. Ağdam rayonu ərazisində gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Yaralı döyüş yoldaşlarının həyatını xilas edib. Özü də ən yüksək məqama-şəhidlik zirvəsinə yüksəlib. Şirvanda, “Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyini qeyd etdi. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qəbirüstü abidəsinin ucaldılmasına və digər abadlıq, quruculuq işlərinə, ailəyə göstərilən təşkilati, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
   Allah Şəhidlərimizə rəhmət eləsin.

   Mətbuat xidməti

Keçidlər