Şriftin ölçüsü :

Saytın rəngi :

21 fevral 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində şəhər ərazisində həyata keçirlən abadlıq-quruculuq işlərinin vəziyyəti müzakirə olunub.

21 fevral 2023 | 19:35

21 fevral 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən növbəti aparat müşavirəsində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə nümayəndələri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müşavirəni giriş sözü ilə açaraq, Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən, yeni infrastruktur layihələrinin icrasından, qarşıda duran vəzifələrdən danışıb. Görülən işlərin əhalinin həyat şəraitinin yaxşılaşmasına və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini bildirib. Dövlət başçısı tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar şəhər ərazisində həyata keçiriləcək tədbirlər barədə tapşırıq və tövsiyələrini verib.
Sonra ötən aparat müşavirəsində verilən tapşırıqların icrası istiqamətində görülmüş işlər barədə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Etibar Yolçiyev məlumat verib.  Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Fərmanın icrasını təmin etmək məqsədilə 400 ədəd ünvan lövhələrinin hazırlanaraq yaşayış binalarının üzərinə quraşdırıldığını, əlavə ünvan lövhələrinin hazırlanması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edildiyini bildirib. Bərk məişət tullantılarının toplanmasına və daşınmasına görə əhali qrupu üzrə hesablanmış xidmət haqqının yığılmasında yaranmış çətinliyin aradan qaldırılmasının və yığılıb qalmış debitor borcların ödənilməsinin nəzarətdə saxlanıldığını, bu məqsədlə Kommunal Kombinatı Müəssəsinin və Mənzil Təsərrüfatı İdarəsinin ştat cədvəllərinə carı ildən iqtisadçı vəzifəsinin əlavə edildiyini diqqətə çatdırıb. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot kitablarının işlənilməsinin yaxın zamanlarda başa çatacağını qeyd edib. “Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyev meydanındakı fəvvarələr və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında fəvvarə və şəlalənin əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verildiyini vurğulayıb. Şirvan şəhərində dövlət mülkiyyətində olan 8.11 torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verildiyini, ərazidə 2 girişli 9 mərtəbəli 14 ədəd və 1 girişli 12 mərtəbəli 11 ədəd yaşayış binasının, uşaq baxçasının, məktəbin, transformator yarımstansiyasının, içməli və məişət su anbarının, idman meydançalarının tikintisinin, kölgənəcəklərin quraşdırılmasının və avtomobillərin dayanması üçün parklanma yerlərinin salınmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Çoxmənzilli yaşayış binalarının zirzəmilərindən çirkab suların çəkilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, şəhərinin küçə və yollarında müasir standartlara cavab verən yeni işıqlandırma sistemlərinin quraşdırılması barədə məlumat verib. Şəhər ərazisində fiber-optik xətlərin çəkilməsi və yeni müasir avadanlıqların quraşdırılması işlərinə başlanıldığını, abunəçilərin keyfiyyətli rabitə və internet xidmətləri təmin olunacağını söyləyib. Şəhərin küçə və prospektlərində, parklarda və xiyabanlarda tamet, bordyur, məhəccərlərin təmir olunmasından və digər görüləcək işlərdən danışıb. Sonra məlumat ətrafında  geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər. Aparat müşavirəsinin sonunda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

 

Mətbuat xidməti

Keçidlər