Şirvanda koronavirus infeksiyasına qarşı profilaktik tədbirlər davam edir.
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə üzrə aparıaln profilaktik tədbirlərin və vaksinasiya strategiyasının, o cümlədə havanın tempraturunun yüksəlməsinin nəticəsi olaraq, son vaxtlar virusa yoluxanların sayında azalma müşahidə edilir. Lakin virus təhlükəsi tamamilə sovuşana qədər görülən işlərin intensivliyinin davam etməsi məqsədəuyğundur.
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı xüsusi karantin rejiminin tələb və tövsiyələrinə əməl edilməsinə nəzarət məqsədilə Şirvan şəhərində də təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Şəhər İcra Hakimiyyətində yaradılmış mobil qruplar gündəlik olaraq şəhərin küçə və prospektlərində, əhalinin sıx toplaşdığı ərazilərdə, ictimai-iaşə, ticarət müəssisələrində, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparırlar. Reydlər zamanı şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılır, insanlar arasında sosial məsafənin gözlənilməsi, fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmələri barədə lazımi tövsiyələr verilir.
17 may 2021-ci il tarixində keçirilən reyd zamanı gün ərzində ümumilikdə 248 olmaqla, 141 ticarət, 35 ictimai iaşə, 30 gözəllik salonu və bərbərxana, 36 digər xidmət obyektlərinə nəzarət edilib, 472 nəfər vətəndaşa xəbərdarlıq olunub. 6 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.
Mətbuat xidməti