“Könüllü qonaq” layihəsi davam edir.
20 may 2021 | 16:00
20 may 2021-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Gənclər və İdman İdarəsinin və Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan, Şirvan şəhəri Xəqani küçəsi ev 65 ünvanında tənha yaşayan Məmmədova Atlas Həmzəxan qızına baş çəkildi. Könüllülər tərəfindən həyətyanı sahədə təmizlik işləri görülmüşdür. Gənclərin təşəbbüsü ev sahibləri tərəfindən sevinclə qarşılanmış və onlar könüllülərə öz təşəkkürlərini bildirmişlər.